Balakən rayonunda Rusiyada yaşayan iş adamının villasını yandıran keçmiş məhkum saxlanılıb.

Unikl.org xəbər verir ki, Balakən rayonu Katex kənd sakinlərinin "Reporta verdiyi məlumata görə, Rusiya Fedarasiyasında yaşayıb bizneslə məşğul olan Mahalov Hacı Əhma oğlunun Katex kəndində olan villasını yandırmaqda şübhəli sayılan doğma bacısı oğlu Tural Cavadxan oğlu İsayev bir neçə gün əvvəl rayon polisi tərəfindən saxlanılıb.

Tural İsayev bir neçə il əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi və Rusiyada yaşayan dayısı Hacı Mahalova məxsus əmlakı yandırmaqda təqsirli sayılaraq məhkəmənin qərarı ilə barəsində 3 il müddətinə azadlıqdan məhrum edilib. İki ay əvvəl azadlığa çıxan Tural İsayev dayısına zəng edərək ondan küllü miqdarda pul tələb edib. Dayısı pul verməyəcəyi halda ona məxsus villanı yandıracağı ilə hədə-qorxu gəlib. Sentyabrın 22-dən 23-nə keçən gecə Hacı Mahalova məxsus ikimərtəbəli 15 otaqlı villa içərisindəki əşyalarla birlikdə yanaraq kül olub.

Tural İsayev dayısının mülkünü yandırmaqda şübhəli sayılaraq həbs olunub.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.