Şimali Kiprdə saxlanılıldığı polis bölməsində özünü asdığı iddia edilən, oğurluqda şübhəli bilinən Ahmet Sarıkılıçın məhkəmədən sonra çəkilmiş görünütüləri ortaya çıxıb. Həmin görüntülərdən sonra intihar etdiyi deyilən şəxsin ailəsi ayağa qalxıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbuldan Şimali Kiprə gedən və orada bir bankın pul daşıyan avtomobilini qəsb edərək 250 min manatı iki cinayət ortağı ilə birlikdə mənimsəyən Ahmet Sarıkılıç tutulduğu ölkənin Girne şəhərindəki polis bölməsindən meyidi çıxıb.

Şimali Kipr polisinin bildirdiyinə görə, Sarıkılıçın həyta yoldaşının gətirdiyi şortikin ipi ilə özünü asıb. Hadisədən sonra da Sarıkılıçın intihar etməsiylə bağlı onun vəkilinə məlumat verilib. Ancaq vəkil hadisə yerinə gəlməyib.

Özünü öldürdüyü deyilən şəxsin həyat yoldaşı Emine Sarıkılıç polis bölməsinə onun üçün şortik aparmadığını deyib:

"Nəzarətə alındığı gün jurnalistlərə gülərək poz verən birinin intihar etdiyi iddiası doğru deyil. İkincisi də həyat yoldaşım 1.88 sm boyunda və 120 kiloda olan biridir. İddia edildiyi kimi şortik ipi ilə belə cüssədə olan adamın özünü asması gülüncdür. Düşünürəm ki, həyat yoldaşımı polislər pulun yerini öyrənmək istəyərkən öldürüb".

Bundan sonra Şimali Kipr polisi, açıqlama verərək bildirib ki, şortiki həyat yoldaşı yox, bir dostu göndərib. Polis bununla da öldürüldü xəbərlərini yalanlamaq istəyib.

Sarıkılıçın vəkili ölümün intihar olmaması ilə bağlı maraqlı fakt əldə edib.

Belə ki, Sarıkılıç ailəsi və vəkili A.Sarıkılıçın və dostlarının məhkəməsinin baş tutduğu salonun çıxışında çəkilən görüntülərini izləyib və daha bir sübut əldə edib.

Belə ki, polislərin öz aralarında etdiyi söhbətdən onların diqqətini çəkib.

Görüntülərdə şübhəliləri bölməyə aparan polislərdən birinin digərlərinə "Gedir bu cənazə" deməsi diqqət çəkib. Bundan sonra ailə hərəkətə keçib.

Video görüntülərdə yer alan polislə haqqında şikayət edən Sarıkılıç ailəsi: "Cinayəti əvvəldən planlayıblar. Hadisənin intihar olmadığının ən böyük dəlili bu görüntülərdir" deyə bildirib.

Şimali Kipr Daxili işlər naziri Ayşegül Baybars da məsələni araşdıracaqlarını bildirərək"Mövzunu nazirlər qurumuna bildirəcəm deyib.