Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi rayonunda baş verən lift qəzası ilə bağlı məlumat yayıb.
Unikal.org nazirliyə istinadən xəbər verir ki, FHN-nin "112 qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının liftinin şaxtasından 1974-cü il təvəllüdlü Yusifova Mahirə Yusif qızının meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri M.Yusifovanın meyitini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.