Cərrah Deni Mukvege və hüquq müdafiəçisi Nadia Murad "müharibə və hərbi münaqişələr zamanı cinsi zorakılığın silah kimi tətbiqinə qarşı" mübarizə apardıqlarına görə Nobel Sülh Mükafatına layiq görülüblər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu il Nobel Sülh Mükafatına namizədlərin müxtəsər siyahısına həmçinin Almaniya kansleri Angela Merkel, ABŞ Prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen In, hüquq müdafiəçisi Amal Kluni də daxil edilmişdilər.