Fransa polisi İnterpolun başçısı Men Xunveyanın itkin düşməsi faktı üzrə araşdırma başlayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o, bu il sentyabrın 29-da Çinə səfər edib.
Elə həmin tarixdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.
***14:40
"İnterpol"un itkin düşdüyü bildirilən rəhbəri Men Xunveyin Çində saxlanılıb və istintaq altındadır.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "South China Morning Post qəzeti yazıb.
Onun saxlanılmasının səbəbi açıqlanmayıb.