Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Vaqif Abdullayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, işdən çıxarılan Vaqif Abdullayevi Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məstanov Telman Qənimət oğlu əvəz edir.
Xəbəri Unikal.org-a Beyləqan Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Famil Fərhadoğlu