Sentyabrın 24-dən 30-dək olan müddətdə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları ilə birgə Biləsuvar, Neftçala, İmişli rayonlarının ərazisində keçirdikləri tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması) və 590-cı (mülki silahın və ya döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 4 nəfər barəsində inzibati protokol tərtib olunub, həmin şəxslərə 3100 manat cərimə tətbiq edilib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, tədbirlər zamanı 1 ədəd ov tüfəngi də aşkar edilərək aidiyyatı üzrə Neftçala Rayon Polis Şöbəsinə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.