Pakistanın aparıcı müxalifət partiyasının (Pakistan Müsəlman Liqasının) lideri Şahbaz Şərif tutulub.

Unikal.org  xəbər verir ki, o, Pəncab əyalətinin hökumət başçısı olduğu 2013-2018-ci illərdə korrupsiya ilə məşğul olmaqda şübhəli bilinir.

Keçmiş Baş nazir Nəvaz Şərifin qardaş Şahbaz Şərif oktyabrın 5-də ifadə verib.

O, Pəncab əyalətinin su təchizatına dair bir sıra layihələrin reallaşmasına dair korrupsiya ilə bağlı ifadə verdikdən sonra saxlanılıb. O, hökumət başçısı olarkən əyalətin su təchizatı ilə bağlı "Saaf Pani adlı şirkət yaradılıb.

Şirkətin icraçı direktoru Vasim Acamal və mühəndis Kamarul İslam Raca artıq istintaqın gedişində tutulublar.

Qeyd edək ki, bu il sentyabrın 19-da Pakistanın keçmiş Baş naziri Nəvaz Şərif 500 min rupi (4000 dollar) girov qarşılığında azadlığa buraxılıb.

Girovu onun qızı Məryəm və kürəkəni Məhəmməd Səfdər ödəyiblər.

Xatırladaq ki, Nəvaz Şərif üç dəfə (1990-1993, 1997-1999, 2013-2017-ci illərdə) Pakistanın Baş naziri olub. Ötən il oktyabrın 19-da Pakistan məhkəməsi N.Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Səfdərə qarşı korrupsiya ittihamı irəli sürmüşdü.

2017-ci il iyulun 28-də Pakistan  Ali Məhkəməsi  onun barəsində Baş nazir vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul etmişdi. Bundan sonra N.Şərif istefa vermişdi.

Bu ilin iyulunda N.Şərif 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, vəzifədə olduğu müddətdə korrupsiya cinayəti törətməkdə günahkar bilinirdi. (report.az)