Türkiyənin hüquq-mühafizə orqanları terrorçuluğa qarşı mübarizəni davam etdirir.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin 7 bölgəsində PKK-ya qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı 88 nəfər nəzarət altına alınıb.
Yaxalanan şəxslərin yaşayış yerlərindən silah, narkotik maddə, çoxlu sayda təşkilati proqram və rəqəmsal materiallar ələ keçirilib.