ABŞ prezidenti Donald Tramp Soros Fondunun rəhbəri Corc Sorosu Ali Məhkəmə sədri vəzifəsinə namizəd irəli sürdüyü Bret Kavanoya qarşı etiraz aksiyalarına maliyyə ayırmaqda ittiham edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, o, bu barədə Twitter-dəki səhifəsində yazıb. D.Tramp namizədliyi açıqlandıqdan sonra etirazçıların B.Kavanonun ofisinə hücum çəkdiyini misal gətirərək onları senatorları mənfi imicdə təqdim etmək üçün Soros və başqalarının tutduqları muzdlu peşəkarlar kimi səciyyələndirib.
Qeyd edək ki, ötən gün ABŞ Konqresinin binalarında hüquq-mühafizə orqanları tərəfindən 300-dən çox nümayişçi saxlanılmışdı.