Yeni Zellandiyada bir şirkət yeni məhsulunu satışa çıxarıb.

Unikal.org xəbər verir ki, hava limanının "duty free mağazalarında dörd qutudan ibarət "Saf, təzə Yeni Zellandiya havası 98.99 dollara satılır.

Yeni Zellandiyadan olan jurnalist Demien Kristi tərəfindən paylaşılan paketin fotosunda hava 20 dollar endirimlə satılıb. Kristi Tvitterdəki səhifəsində "Məni lağa qoyursunuz? 98 dollar şirin, kiçik bir hədiyyə də deyil yazıb.

Kristinin paylaşımı sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçisi "Kapitalizmin zirvəsi rəyini yazıb.