Böyük Britaniyanın ən çirklənmiş şəhərində havanı təmizləməklə məşğul olan yeni avtobus istifadəyə verilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, avtobusun istifadəyə verildiyi Sauthempton Krallığın ən çirklənmiş şəhəridir.  

Bu səbəbdən "Go-Ahead" nəqliyyat şirkəti bu çatışmazlığı aradan qaldırmağa qərarına gəlib. Şirkət sakinləri düşünərək avtobusu çirkli havanı özünə çəkən, əvəzində isə təmiz hava buraxan xüsusi filtrlə təchiz edib.

Avtobus 10 metr hündürlüyə qədər olan məsafədəki hava kütləsini özünə çəkərək təmizləmək gücündədir.