46 yaşlı kişi qatar gözləyərkən iki nəfəri reyslərin üstünə atmağa cəhd edib. Hadisə İngiltərədə baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı Pol Krossli adlı şəxsin bu əməlləri metrodakı izləmə kameraları sayəsində ortaya çıxıb.

Belə ki, o ilk dəfə iyunun 26-da Marble Arç stansiyasında qatar gözləyəndə 23 yaşlı gənci reyslərin üzərinə itələyib. Lakin gənc ətrafdakıların köməyi ilə düşməkdən son anda canını qurtarıb.

Ancaq P.Krossli bu əməlindən peşman olmayıb, bu dəfə isə "Avrotunelin sabiq rəhbəri, 91 yaşlı Robert Malpası London metrosunda relslərin üzərinə itələyib. İnsident nəticəsində "Avrotunel eks-prezidentində kəllə-beyin travması əmələ gəlib və çanaq sümüyü sınıb. Eks-prezident təcili olaraq xəstəxanaya aparılıb.

Cinayətkar qara paltarda olub və üzünü gizlətməyi bacarıb. Ancaq sonradan görüntüləri izləyən polis Pol Krosslini həbs edib.