Konqo Demokratik Respublikasının (KDR) qərbindəki Orta Konqo əyalətində benzindaşıyan maşının yanması nəticəsində 50-dən çox insan ölüb, 100-dən çox sakin xəsarət alıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, aşan maşından tökülən benzinin sürətlə yaxındakı evlərədək yayılması yanğının geniş ərazini bürüməsinə və böyük faciəyə gətirib çıxarıb.