ABŞ-ın Nyu-York şəhərində iyrənc olay baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, adı açıqlanmayan 27 yaşlı qadın axşam saatlarında evinə gedərkən təcavüzə məruz qalıb. Belə ki, yolun kənarı ilə gedən qadını izləyən kişi ona arxadan hücum edərək təcavüz etmək istəyib.

Təcavzçü qadını divara sıxaraq alt paltarını cırıb, zorlamaq istəyib. Bu zaman qadın qışqıraraq kişinin əllərindən xilas olmağa çalışması təcavüzçünün hadisə yerindən qaçması ilə nəticələnib.

Qeyd edək ki, Avstraliya əsilli qadın 4 aydır ki, Nyu-Yorka köçüb. Baş verən hadisənin ardından qadın polisə gedərək, şikayət edib. Polis təhlükəsizlik kamerasından kişinin axtarışına başlayıb.