Britaniyanın Sautqempton şəhərində qeyri-adi avtobus istifadəyə verilib.

Unikal.org Design Feeds-ə istinadən xəbər verir ki, yeni icad havanı təmizləməyə kömək edəcək.

Məlumdur, Sautqempton Britaniyanın ən çirkləndirilmiş şəhərlərindən biri hesab edilir. Buna görə, "Go-Ahead" nəqliyyat şirkəti bu vəziyyəti bir qədər düzəltməyə qərar verib.

Onlar avtobusları xüsusi filtrlə təchiz ediblər. Nəqliyyatın üzərində quraşdırılan qurğu çirkləndirilmiş havanı yenidən emal edir və onu təmizlənmiş halda geri buraxır.