Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd kimya terapiya müalicəsi kursundan sonra Instagramda ilk fotosunu paylaşıb.

Unikal.org  xəbər verir ki, 42 yaşlı Əsma Əsəd fotoda başında yaylıqla yer alıb.

Qeyd edək ki, avqustda Bəşşar Əsədin həyat yoldaşının süd vəzisində bədxassəli şiş aşkarlanıb. Xəstəliyə erkən diaqnoz qoyluduğundan müalicənin müsbət nəticə şansı kifayət qədər yüksəkdir.