Türkiyə daha Beynəlxalq Valyuta Fondunun (BVF) kreditlərindən yararlanmaq niyyətində deyil.

Unikal.org  RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qızılcahamam şəhərində hakim Ədalət və İnkişaf Partiyasının fəalları qarşısında çıxışı zamanı deyib.

"Biz BVF-nin kreditlər səhifəsini bağlamışıq ki, bir daha onu açmayaq", - deyə dövlət başçısı vurğulayıb.