Əfqanıstanda "Taliban" radikal hərəkatının üzvlərinin hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 7 üzvü ölüb.

Unikal.org xəbər verir ki, hücum ölkənin Vardak vilayətində törədilib. Ölənlərin arasında Seyidabad rayonun polis bölməsinin rəisi də var.

KİV-lərin verdiyi məlumata əsasən, güc strukturları bir neçə terrorçunu məhv etməyə nail ola biliblər, lakin onların dəqiq sayı məlum deyil. Hal-hazırda rayon güc strukturları və milli müdafiə qüvvələrinin nəzarəti altındadır.