30 yaşlı araşdırmaçı jurnalist qadın xorlanaraq qətlə yetirilib. Hadisə Bolqarıstanın Ruse şəhərində baş verib.

Araşdırmaçı jurnalist Viktoriya Marinovanın meyiti Dunay çayı sahildəki meşə zolağından tapılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının versiyasına görə, teleaparıcı başından aldığı zərbə və boğulma nəticəsində dünyasını dəyişib.

Ölümündən öncə isə cinsi təcavüzə məruz qalıb.

Qadın jurnalistin meyitini yoldan keçən şəxs aşkar edib və dərhal bu barədə polisi orqanlarına məlumat verib. Cəsədindən bir neçə metr aralıda Marinovanın şəxsi əşyaları olub, yaxınlıqda isə avtomobili park edilib. Asayiş keşikçiləri qadının mobil telefonunu və maşının açarlarını tapmayıblar.

Məlumata bildirilir ki, Marinova sonuncu dəfə Avropa İttifaqı fondlarından pul vəsaitlərinin oğurlanmasının araşdırılması üzərində işləyib.

Eyni zamanda qətlin motivləri onun peşəsi ilə əlaqəli olmaya da bilər, çünki cinayət yeri yaxınlığında psixiatriya xəstəxanası var.

ATƏT-in azad mətbuat işləri üzrə rəhbəri Harlem Dezir artıq jurnalistin qətlinə münasibət bildirib. Təşkilatın press-relizində bildirilir ki, o, baş verənlərdən heyrət içindədir və cinayətin diqqətlə araşdırılmasını tələb edir.