Tacikistan əhalisinin 17 faizi gün ərzində 1 dollar, yarısı isə 1,33 dollara yaşayır.

Unikal.org xəbər verir ki, bununla bağlı "TacikTA BMT-nin ümumdünya ərzaq proqramı məlumat yayıb.

Məlumatda bildirilib ki, Tacikistan MDB ölkələri arasında ən kasıbı sayılır.

Ümumdünya Bankının məlumatına əsasən, gün ərzində 1,9 dollardan aşağı gəliri olanlar kasıb sayılır.

Qeyd edilib ki, BMT ümumdünya ərzaq proqramı Tacikistan hökumətinə bu vəziyyətdən çıxmaqda yardımçı olmaq üçün beşillik strateji plan hazırlayıb.

Hazırlanmış plan 2019-cu ilin ortalarından tətbiq olunmağa başlanılacaq.