Meksikanın şimali Nuevo-Leon ştatının Doktor-Qonsales bələdiyyəsi ərazisində hərəkətdə olan maşın naməlum şəxslər tərəfindən atəşə tutulub və nəticədə salonda olan 5 nəfər həyatını itirib.

Unikal.org  RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ştatın Baş Prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, ölənlərin şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib, bunlar üç kişi və iki qadındır. Həmçinin maşında olan kiçik qız yaralanıb.