Ukraynanın Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığındakı hərbi anbarda partlayış baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ərazidə fövqəladə vəziyyət elan edilib. Anbar ərazisində yaşayan əhali evakuasiya edilir.

 
Partlayışdan sonra fövqəladə vəziyyətin aradan qaldırılması üzrə qərargah yaradılıb. Ukrayna Silahlı Qüvvələrinin operativ qrupu hadisə yerinə yollanıb.

 
Hadisənin baş vermə səbəbi araşdırılır.