Trabzonun Ortahisar bölgəsində 10 otel, kafe və restoranda polis tərəfindən əməliyyat keçirilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 267 nəfərin ifadəsi alınıb. Polis bölməsində ifadə verdikdən sonra 19 Azərbaycan, 14 Özbək, 10 Rusiya, 7 Ukrayna, 6 Gürcüstan, 5 Qırgızıstan, 1 Tacikistan və 1 Moldova vətəndaşı olan 63 nəfər qadın saxlanılıb. Onlara xarici vətəndaş olub. Saxlanılanlardan 61-i deportasiya edilərək öz ölkəsinə göndərilib.