İstanbulda Qartal ərazisində ödəmə terminalı cihazlarına qurğu yerləşdirən 4 nəfər polis tərəfindən cinayət başında saxlanılıb.

Unikal.org xəbər verir ki, polislərin gəldiyini görən şəxslər öncə qaçmağa cəhd edib. Polis əməkdaşları qaçan Azərbaycan əsilli X.B, Y.R, M.Ş və Türkiyə vətəndaşı M.A-nı qısa müddət ərzində tutublar. Şübhəlilərin avtomobilndə edilən axtarışda çox sayda bankomat kartı və ödəmə terminalına yerləşdirilən kopyalama cihazı ələ keçirilib.

Saxlanılan şəxslərdən M.A adlı şəxsin bir çox cinayətdə əlinin olduğu və polis tərəfindən axtarıldığı məlum olub. Şüphəli şəxslərin polis bölməsində ifadələri alındıqdan sonra məhkəməyə sövq edilib.