Bu ilin 9 ayı ərzində Bakı Şəhər Baş Polis İdarəsinin ərazi polis orqanlarının "Təhlükəsiz şəhər xidmətinin operatorları tərəfindən 4.334 hadisə aşkarlanıb.
Unikal.org xəbər verir ki, bunu bunu cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib.
O qeyd edib ki, Bakı Şəhər Baş Polis İdarəsində cinayətlərin prоfilaktikasında və açılmasında müasir infоrmasiya tехnоlоgiyalarının tətbiqinin böyük əhəmiyyəti оlub: "Kameraların arxiv görüntülərindən istifadə edilməklə 219 bağlı cinayət açılıb. Bununla yanaşı, 57 soyğunçuluq və quldurluq cinayəti törədən 52 qrup, eləcə də 80 mənzil oğurluğuğunda şübhəli bilinən 90 nəfərdən ibarət 39 cinayətkar qrup ifşa olunub.