Azərbaycanda oğurluq etməkdə təqsirli bilinərək həbs edilən şəxslərin yeni əməlləri üzə çıxıb.

Unikal.org xəbər verir ki, oğurluq etmiş Nahid Süleymanovun ətrafında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, İmişli və Masallı rayon polis şöbələri əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.

Onun Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Ələsgərovla birgə daha 2 mağazadan pul, danışıq kartları və tütün məmulatı oğurlaması müəyyən edilib.

Görülmüş tədbirlərlə Bəxtiyar Ələsgərov saxlanılıb.

Nahid Süleymanovun Masallı rayonu ərazisində 1 mağazadan pul, tütün məmulatı, ərzaq məhsulu və məişət əşyaları, habelə cari ilin iyul-sentyabr aylarında Bərdə rayonu ərazisində daha 3 mağazadan tütün məmulatı oğurlaması da müəyyən edilib.

Qeyd edək ki, Laçın rayon sakini Nahid Süleymanov oktyabrın 16-da İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub.

Onun İmişli rayonu ərazisində mağazaların birindən tütün məmulatı və danışıq kartları oğurlaması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən ətrafında aparılan tədbirlərlə onun respublikanın bir neçə rayonunda analoji cinayət əməlləri törətmədi üzə çıxıb.

Belə ki, onun cari ilin iyul -sentyabr ayları ərzində respublikanın Masallı, Neftçala, Biləsuvar, Saatlı, Beyləqan və Ağcabədi rayonları ərazilərində ümumilikdə 10 mağazadan pul, ərzaq məhsulları, tütün məmulatı və məişət əşyaları, həmçinin İmişli rayonunun Gövhərli kəndindəki sexlərin birindən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.