Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Əli Hacı Ağaevli və Fuad Kərimovun məhkəməsi davam edib.

Unikal.org-un  modern-ə  istinadən məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əli Hacı Ağaevli 7 il, Fuad Kərimov 5 il azadlıqdan məhrum ediliblər. Hər iki şəxs məhkəmə zalından həbs olunublar.

İttihama görə, Ə.Ağaevli və F.Kərimov zərərçəkmiş Qabil Mehdiyevdən yarım milyon manata yaxın pul alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunurlar.

Əli Hacı Ağaevli "Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisi sədrinin birinci müavini, "Varlıq qəzetinin təsisçisi və baş redaktoru olub. 1996-1998-ci illərdə "Varlıq şirkətinin prezidenti kimi fəaliyyət göstərib. O, eyni zamanda şairliklə məşğul olur, bir neçə şeir kitabı çap olunub.