Noyabrın 2-də Qax RPŞ-yə ərizə ilə müraciət edən rayon sakini Rəcəb Nəzirov evindən 3000 manat pul, tir tapançası, qızıl-zinət və digər məişət əşyalarının oğurlanması barədə müraciət edib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin Qax rayon sakinləri əvvəllər məhkum olunmuş Səbuhi Məmmədov və İmeda Qamxaraşvili olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. İ. Qamxaraşvilinin ətrafında aparılan araşdırmalarla onun digər cinayət əməlində də iştirakının olduğu öz təsdiqini tapıb. Belə ki, Qax rayon sakini Temur Lomaşvilinin evindən bir ədəd tir tüfəngini də oğurladığı müəyyən edilib. Oğurladıqları əşyaların bir qismi yaşadıqları evlərdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Hər iki faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.