Bir neçə gündür ki, Bakı Şəhərinin mərkəzi küçələrində, xüsusilə ali və orta təhsil müəssisələrinə yaxın yerlərdə "massaj salonları" adı altında fəaliyyət göstərən fahişəxanalar bağlanıb.
Unikal.org xəbər verir ki, bu barədə jurnalist Şahin Sərdarlı "Facebook" səhifəsində paylaşım edib: "Metronun 28 May stansiyası yaxınlığında intim xidməti təklif edən "masaj salonları"nın fəaliyyəti tamamilə dayandırılsa da, "Tarqovı" ərazisində fəaliyyət göstərən həmin obyektlərin yerində gecə klubları açılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə həmin fahişəxanaların fəaliyyətinin dayandırıldığı deyilir.
Təbii ki, şəhər mərkəzlərində, yaşayış binalarının zirzəmisində, xüsusilə də ali və orta təhsil müəssisələrinin yaxınlığında bu cür obyektlərin fəaliyyət göstərməsi yolverilməzdir.
Şəhər sakinləri də verilən qərarı təqdirəlayiq qiymətləndirirlər".