Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən həbs edilmiş şəxs Abdullayev Adəm Təvəkkül oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Şamaxı rayon sakini Bədirzadə Təyyar Təvəkkül oğlunun üzərinə baxış keçirilən zaman əynində olan gödəkcənin yan cibində gizlədilmiş ümumi çəkisi 0,210 qram olan 8 ədəd çətənə bitkisinin toxumu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.