Azərbaycanlı alim bütün xəstəxanalarda uğurla istifadə edilə biləcək maqnit terapiyası aparatı ixtira edib.
Unikal.org Xezerxeber.az-ə istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetinin dosenti Rəhim Rəhimovun sözlərinə görə, onun hazırladığı aparat bir sıra xəstəlikləri müalicə etməyə qadirdir.
Rəhim Rəhimov deyir ki, onun hazırladığı maqnit terapiyası aparatı dövlət xəstəxanalarından birində tətbiq edilib. Onun sözlərinə görə, cihazın işləmə prinsipi çox sadədir. Mahiyyəti ondan ibarətdir ki, aparın başlığında elektromaqnit sahəsi yaranır və onun müalicəvi təsiri olur.
Alimin iddiasına görə, bir neçə seansa müxtəlif orqanlarda olan ağrıları sağaltmaq mümkündür.
Rəhim Rəhimov maqnit terapiyası aparatını daha da təkmilləşdirərək ölkədəki bütün xəstəxanalarda tətbiq edilməsini hədəfləyir.