Azərbaycan Turizm və Menecment Universitetinin "Biznes idarəçiliyifakültəsi "Marketinqkafedrasının təşəbbüsü ilə Uğurlu karyera inkişafı mövzusunda keçirilən fərdi inkişaf mühazirələrinin növbəti qonağı "AAAF Holdinqin vitse - prezidenti, biznes konsultant və peşəkar təlimçi Fəxri Ağayev idi.
Unikal.org xəbər verir ki, o, təqdimat-çıxışı zamanı ilk öncə tələbələrə şəxsi təcrübəsindən danışıb.
Təlimçi qeyd edib ki, uğurlu karyeraya gedən yolda ali təhsillə yanaşı,şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyəti böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən karyera yüksəlişini məqsəd bilən tələbələr təhsil imkanlarından səmərəli faydalanmalı, öz üzərlərində hər zaman ciddi işləməlidirlər. Uğurlu karyera qurmaq istəyən tələbə- gənclər ali təhsili başa vurduqdan sonra da bilik və bacarıqlarını,peşəkarlıqlarını artırmalıdırlar.
ATMU-da "Uğurlu karyera inkişafı mövzusunda keçirilən tədbir tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb. İştirakçı tələbələrdən 7 nəfərə sertifikat təqdim olunub.