Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə Ağdaş rayonunda sislsilə tədbirlər davam edir. 

Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Şurasının üzvləri və partiya fəallarının bir qrupu Azərbaycan xalqının ümummilli lideri, Yeni Azərbaycn Partiyasının banisi Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzüblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev mərkəzində ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxıblar. Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkildi.

"Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyası video filmi nümayiş oluub.

Yeni Azərbaycn Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov və rayon təşkilatı Şurasının üzvü, rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov partiyanın 26 il ərzində görmüş olduğu işlədrən söhbət açıb, görüş iştirakşılarını əlamətdar gün münasibəti ilə təbrik ediblər.