Kapital Bank "Bir Pəncərə İxraca Dəstək Mərkəzi ilə birgə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "İxrac əməliyyatlarında maliyyə dəstəyi mövzusunda maarifləndirici təlim keçirib. Tədbirdə Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə ilə yanaşı bankın bir sıra əməkdaşları, həmçinin "Bir Pəncərə İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə də iştirak edib.
Unikal.org xəbər verir k, maarifləndirmə xarakteri daşıyan təlim zamanı iştirakçılara nəzəri məlumatlar verilib və maliyyə dəstəyindən praktiki istifadə qaydalarından bəhs edilib. Tədbir çərçivəsində xarici ticarətdə maliyyə alətlərinin rolu, ixrac zamanı avans ödənişləri, akkreditiv, faktorinq, qarantiyalar, ixrac fəaliyyətinə istiqamətlənən kreditlər və s. haqqında sahibkarlara məlumat verilib.
"Son illər ölkə başçısının müvafiq sərəncamları ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində çox uğurlu addımlar atılır. Dövlət dəstəyi ilə görülən tədbirlər çərçivəsində ölkə iqtisadiyyatının inkişafına xüsusi diqqət ayrılır. Kapital Bank olaraq biz də prosesi yaxından izləyirik və bu inkişafa öz töhfəmizi veririk. Bu istiqamətdə sahibkarlara təqdim etdiyimiz ənənəvi bank məhsulları ilə yanaşı faktorinq, overdraft, qarantiya və akkreditivlər kimi qeyri-ənənəvi bank məhsulları da sözügedən seqmentin inkişafına xidmət edir, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə bildirib.
Tədbirdə Kapital Bank-ın Korporativ Satışlar departamentinin direktor vəzifələrini icra edən Nəsimi Xasıyev korporativ bank məhsulları, tariflər və biznes üçün təqdim olunacaq mobil tətbiq barədə ətraflı məlumat verdi.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 97 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.