Bakıda yeniyetmə oğlan 44 yaşlı kişini qətlə yetirib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 2003-cü il təvəllüdlü Elvin Bayramov kirayə yaşadığı evdə 1974-cü il təvəllüdlü Əhəd Əhmədovu bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb. E.Bayramov saxlanılıb.