İş adamı Toğrul Tağıyev Moskvada güllələnib

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı iş adamını gecə saatlarında avtomobilində yaralı vəziyyətdə tapıblar. Lakin sonradan onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimallara görə, qatil çoxmərtəbəli binanın qarşısında qurbanına silahdan bir neçə dəfə atəş açıb. Hadisə yerində 9 mm kalibrli dörd giliz və bir güllə tapılıb.

Hüquq-mühafizə orqanları hücumun səbəblərini və cinayətkarın kimliyini araşdırır.