Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

Unikal.org
report-a istinadən bildirir ki, rayonun 1985-ci il təvəllüdlü Aşağı Kəsəmən kənd sakini Sərvaz Vəliyev kürək və bud nahiyələrindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və ona həkimlər tərəfindən tibbi yardım göstərilib. Kişinin hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəlGəncədə orta yaşlı kişibıçaqlanıb.