CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,25 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamı gününə olan göstəricidən 3,73 dollar/barel azdır.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 59,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,73 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 55,89 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 3,72 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 57,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,77 dollar/barel azdır.