"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Unikal.org xəbər verir ki, noyabrın 27-də keçirilən iclasda millət vəkilləri büdcə ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.