"Gürcüstan tranzit ölkədir və bu
funksiyanın gücləndirilməsi və dəmir yolu infrastrukturunun
modernləşdirilməsi strateji əhəmiyyət kəsb edir.
Unikal.org report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili deyib.
O bildirib ki, ölkə "Gürcüstan dəmir yollarının modernləşdirilməsi və Bakı-Tbilisi-Qars layihəsinin inkişafına xüsusi önəm verir:
"Bununla yanaşı Anaklia dəniz limanı, Şərq-Qərb avtomagistralı, loqistika mərkəzlərinin yaradılması, Poti və Batumi limanlarının genişləndirilməsi və digər layihələr də Gürcüstanın nəqliyyat-loqistika habına çevrilməsinə imkan verəcək.
"Fitch beynəlxalq reytinq agentliyi "Gürcüstan Dəmir Yolları SC-nin reytinqini "B+ səviyyəsində saxlayaraq proqnoz gözləntilərini "Stabildən "Pozitivə doğru yaxşılaşdırıb. Agentliyin məlumatında qeyd olunub ki, "Gürcüstan Dəmir Yolları SC "Azərbaycan Dəmir Yolları ilə birgə "Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edir.