Aksizli məhsulların markalanması, saxta aksiz markası ilə markalanmış malların satış məqsədilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına nəzarət tədbirləri regionlarda da gücləndirilib.
Unikal.org Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bu sahədə effektivliyi daha da artırmaq məqsədilə ərazi vergi orqanları üzrə ümumilikdə 21 vergi ödəyicisində aksiz postları yaradılıb.
Nazirlikdən bildirilib ki, hər bir məhsulun aksizlə markalanmış və qaimə-fakura, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməklə istehsal binasından çıxarılması üzərində nəzarət gücləndirilib. Görülmüş tədbirlər nəticəsində həmin vergi ödəyiciləri üzrə 2018-ci ilin 10 ayı ərzində dövlət büdcəsinə 2017-ci ilin 10 ayının müvafiq göstəricisindən 69,8% çox vergi ödənilib.