Biləsuvarda üzərində 2 kiloqramdan çox narkotik maddə olan şəxs yaxalanıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Həziyev saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman çəkisi 2 kiloqram 450 qram tiryək və 4 qramdan artıq heroin götürülüb. Sorğu zamanı M.Həziyev narkotik maddələri İran vətəndaşı olan şəxsiyyəti istintaqa məlum olmayan Əliağa adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.