Rabitəbankın Qusar filialı artıq yeni ünvanda - Qusar şəhəri, Ç. Qurbanov 18a ünvanında müştərilərinə xidmət göstərməyə davam edəcək.
Unikal.org xəbər verir ki, yeni ünvanda Qusar filialın açılışı baş tutmuşdur. Açılışda başda Rabitəbankın İdarə Heyətinin sədri Elçin Qədimov olmaqla bank rəhbərliyindən bir sıra şəxslərlə yanaşı həm də bankın müxtəlif strukturlarında çalışan əməkdaşlar da iştirak edib.
Filialın yeni ünvana köçməsi səbəbi bankın getdikcə çoxalan müştəri kütləsinə daha yaxşı xidmət göstərmək istəyidir. Belə ki, yeni filial geniş və işıqlı binada yerləşir, müştərilər üçün geniş gözləmə zalı mövcuddur.
Qusar filial bütün növ hesablaşma və kassa əməliyyatlarının, pul köçürmələrinin həyata keçirilməsi və bütün müştəri seqmentlərinə uyğun kreditlərin verilməsi üzrə xidmətlər göstərir.
25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.