Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.
Belə ki,1990-cı il təvəllüdlü Nurəddin Bayram oğluƏsədoğlu mübahisə zəminində Qapanlı kənd sakinləri -1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovu və onun qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanovu bıçaqlayıb. Nəticədə E.Əmiraslanov ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N.Əsədoğlu hadisə yerindən qaçıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.