Azərbaycan və Avstraliya qarşılıqlı turist axınını artırmağı planlaşdırır.
Unikal.org xəbər verir ki, bunu trend-ə Azərbaycanın Avstraliyadakı Ticarət Palatasının prezidenti Nizami Cəfərov deyib.
O qeyd edib ki, hazırda Palata ölkənin avstraliyalı turistlər arasında populyarlaşması üçün yeni yaradılmış Azərbaycan Turizm Şurası ilə fəal işləyir:
"Hər iki ölkənin bir sıra turizm şirkətləri ilə danışıqlar aparılır, inkişaf strategiyası hazırlanır.
Qeyd edək ki, turizm Azərbaycanımn qeyri-neft sektorunun aparıcı sahələrindən biridir.
2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 194 ölkədən 2 420,4 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. 2017-ci ildə Azərbaycana 2 455 avstraliyalı turist səfər edib. Bu, 2016-cı illə müqayisədə 24,6 faiz çoxdur.