Dünən Salyanda maşınla vurulmuş uşaq bu gün Bakı şəhərindəki Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, uşaq həmkəndlisi Mahur Hüseynovun idarə etdiyi "VAZ-21011" markalı dövlət nömrə nişanı 27-XX-440 olan avtomaşınla vurulub.
Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilimiş uşaq vəziyyəti ağır olduğu üçün sonradan Bakıdakı Mərkəzi Kliniki Xəstəxanaya aparılıb.
Xatırladaq ki, Nurlan Zabillinin atası Salyan Rayon Polis Şöbəsi Post-Patrul xidmətinin əməkdaşıdır.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb. Artıq uşağı vurmaqda təqsirli bilinən sürücü də saxlanılıb.