"Bakı Telefon Rabitəsi" MMC-nin strukturuna daxil olan Telefon qovşaqları hazırda Rabitə Xidmətləri Mərkəzləri adı altında xidmət göstərir.
Unikal.org xəbər verir ki, Yasamal Telefon Qovşağı - 1 saylı Rabitə Xidmətləri Mərkəzi, Xətai Telefon Qovşağı - 2 saylı Rabitə Xidmətləri Mərkəzi, Nizami Telefon Qovşağı - 3 saylı Rabitə Xidmətləri Mərkəzi, Sabunçu Telefon Qovşağı - 4 saylı Rabitə Xidmətləri Mərkəzi, Xəzər Telefon Qovşağı - 5 saylı Rabitə Xidmətləri Mərkəzi, Qaradağ Telefon Qovşağı - 6 saylı Rabitə Xidmətləri Mərkəzi kimi fəaliyyətini davam etdirir.
Məlumat üçün bildirək ki, "Bakı Telefon Rabitəsi" MMC-nin şəbəkəsində mövcud olan 200-dən çox böyük və kiçik tutumlu ATS-lər vasitəsi ilə Rabitə Xidmətləri mərkəzlərində müxtəlif növ telekommunikasiya xidmətləri göstərilir, eyni zamanda bu xidmətlər üzrə sənədləşdirmə və ödənişlərin qəbulu həyata keçirilir.
Qeyd edək ki, 2017-ci ilin 19 iyul tarixində "Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) yenidən təşkil olunaraq "Bakı Telefon Rabitəsi MMC-yə çevrilib.