Türkiyə fahişəliyə qarşı aparılan əməliyyat zamanı 4 azərbaycanlı qadın saxlanılıb.
Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Balıkəsirdə Sındırgı mahalında həyata keçirilən fahişəlik əməliyyatı zamanı 9 nəfər saxlanılıb. Onlardan 4-ü azərbaycanlıdır. Saxlanılan şəxslərdən izahat alındıqdan sonra, biri azərbaycanlı olmaqla daha üç nəfər (bir yaşlı kişi) saxlanılıb.
Ümumilikdə aparılan əməliyyat zamanı 12 nəfər gözaltına alınıb. Məhkəmənin hökmü ilə, xarici ölkənin vətəndaşı olan qadınları gizli yollarla türkiyəyə gətirərək pul qarışılığında fahişəliyə cəlb edən E.Y. (48), M.S. (80), M.A.U. (72), F.D. (52) ve H.D. (31) həbs edilib, 8 nəfər qadın isə sərbəst buraxılıb.