Bakıda oğurluq edən qadın saxlanılıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, oğurluq etmiş Sürəyya Balayevanın ətrafında Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 nəfərin müvafiq olaraq 300, 61 və 225 manat pullarını oğurlaması da müəyyən edilib. 

Xatırladaq ki, Sürəyya Balayeva 19.09.2011-ci ildə də eyni əməllə həbs olunub. Belə ki, Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də paytaxtın Neftçilər prospektindəki ticarət mərkəzində, şəhər sakini Solmaz Quliyevaya məxsus içərisində 1000 manat, sənədlər, bankomat kartı olan çantanı oğurlamış Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Sürəyya Balayeva tutulub.